Dubay Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırıldı

Dubay Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Bu barədə əmirliyin hökumətinin media ofisi sosial şəbəkə X-də məlumat yayıb.
Dubay Mülki Aviasiya İdarəsi bildirib ki, uçuşların dayandırılması bütün sərnişinlərin və personalın təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbiri kimi həyata keçirilib.
Martın 16-da məlum olub ki, Dubay Beynəlxalq Hava Limanı yaxınlığında yanacaq rezervuarlarından biri zədələnib. Hadisə pilotsuz uçuş aparatı ilə bağlı insident nəticəsində baş verib.
Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bildirib ki, BƏƏ İran və ABŞ arasında danışıqlarda vasitəçi olmaq üçün son ana qədər səylər göstərib. Onun sözlərinə görə, ölkə Yaxın Şərqdəki böhranın həlli yollarını axtarmaqda davam edir.
İslam Respublikasında bir çox şəhərə, o cümlədən paytaxta hücumlar həyata keçirildiyi bildirilir. Zərbələrdən biri ali dini lider Əli Xameneinin iqamətgahına düşüb və onun həlak olduğu iddia edilir.
Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ aviabazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Bundan əvvəl də İran dronunun BƏƏ-də neft emalı zavoduna zərbə endirdiyi barədə məlumat yayılmışdı.
Urbaninfo.az