Türkiyədə məşhur Mardan Palace oteli yenidən açıldı – bu dəfə Swandor brendi ilə

Antalyada turistlər üçün uzun müddət bağlanan “yeddi ulduzlu” Mardan Palace oteli yenidən qapılarını açıb. İndi otel Swandor brendi altında fəaliyyət göstərir və bronlaşdırmalar qəbul olunur, – deyə otel administrasiyası açıqlayıb.
Urbaninfo.az xatırladır ki, Mardan Palace ilk dəfə 2009-cu ildə açılmış və o zaman “yeddi ulduzlu” statusu ilə təqdim olunmuşdu. Açılış mərasimində Hollywood ulduzları da iştirak etmişdi. Otelin ilk sahibi Moskvadakı Çerçizovski bazarının keçmiş sahibi Telman İsmayılov idi.
2014-cü ildə otel Türkiyənin Halkbank şirkəti tərəfindən satın alınıb, 2019-cu ildə isə Titanic Hotels brendi altında fəaliyyət göstərmişdi. İndi isə, 10 yanvar 2026-cı il tarixindən etibarən, otel Swandor brendi ilə qonaqlarını qəbul edir.
Mardan Palace uzun illər lüks turizmin simvolu sayılırdı və bu yenilənmə ilə otel yenidən diqqət mərkəzinə gəlib.