Təhsil - Urbaninfo.az

Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir
Uzun müddətdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərsiz fəaliyyət göstərir. Daha doğrusu, qurumun müdiri postu hələ də vakant olaraq qalır.

Urbaninfo.az Tribuna.az-a istinadla xəbər verir ki, hazırda həmin vəzifəni Nərminə Hüseynova müvəqqəti icra edir.

Məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri postu uğrunda artıq uzun müddətdir ciddi mübarizə gedir. İddialara əsasən, idarənin müdür müavini Anar Qədiməliyev, eləcə də yeni təyin olunmuş digər müavin Turanə Məcidli bu posta əsas namizədlər sırasında göstərilsələr də, onların heç birinin vəzifəyə gətiriləcəyi gözlənilmir.

Məlumatlarda qeyd edilir ki, təhsil naziri artıq sözügedən posta öz namizədini müəyyənləşdirib. Belə ki, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyevin növbəti tədris ilinin sonunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəhbər təyin olunacağı gözlənilir.

Xatırladaq ki, Elnur Əliyev daha əvvəl də təhsil sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb və son illərdə təhsil sistemində həyata keçirilən bir sıra layihələrdə aktiv iştirak edib.

Qeyd edək ki, Elnur Əliyevin təhsil sistemində yüksəlişi Prezidentin keçmiş köməkçisi olmuş və hazırda müxtəlif ittihamlarla ictimai müzakirələrdə adı hallanan Əli Həsənova məxsus olduğu bildirilən katiblik mərkəzindən başlayıb. Xəbərlərə görə, o, məhz Əli Həsənovun rəhbərliyi dövründə yüksək vəzifəyə — mərkəzin direktoru postuna təyin edilib.

Tribuna.az-ın apardığı araşdırma zamanı o da bəlli olub ki, Elnur Əliyevin Əli Həsənovla yaxınlığı “Kaspi” litseyindən başlayıb. O, məhz bu əlaqələr sayəsində həmin liseyin rəhbəri işləyib. Əli Həsənovun lojistik dəstəyindən faydalanan sözügedən şəxsin bu gün də həmin əlaqələrə malik olub, olmaması məlum deyil. Lakin bilinən odur ki, Elnur Əliyevin qardaşı hazıra “Kaspi” liseyinin rəhbəri vəzifəsində çalışır.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

QISA VƏ SƏMİMİ ÜSLUBDA ÖYRƏNMƏ
Bəzən belə hesab olunur ki, çox oxuyan daha çox öyrənir. Lakin müasir elmi yanaşmalar göstərir ki, insan beyni uzunmüddətli və yorucu məlumat yüklənməsindən deyil, qısa, aydın və məzmunlu təqdimatlardan daha səmərəli şəkildə faydalanır.

Qısa müddətdə verilən dəqiq izah, düzgün qurulmuş sual və ya “anlama anı” kimi qəbul edilən kiçik idrak sıçrayışı bəzən uzunmüddətli dərs proseslərindən daha təsirli nəticə verir. Bu baxımdan, şagirdləri informasiyanın həcmi ilə yükləmək deyil, onlara mənimsəmə üçün əlverişli mühit, sadəlik və vaxt təqdim etmək əsas prioritet olmalıdır.

Öyrənmə prosesi yalnız məlumat ötürülməsi deyil, eyni zamanda emosional və psixoloji uyğunlaşma mühitində formalaşan kompleks hadisədir. Neyroelmi yanaşmalara əsasən, öyrənmə zamanı beynin müxtəlif hissələri aktivləşir, hisslər və emosiyalar isə bu prosesin effektivliyini artıran mühüm amillərdən biridir. Müəllimin yanaşması, səs tonu, davranış tərzi və yaratdığı emosional mühit şagirdin öyrənməyə münasibətinə birbaşa təsir göstərir.

Eyni zamanda nəzərə alınmalıdır ki, öyrənmə prosesi müəyyən zehni gərginlik tələb edir və bu, bəzən çətinlik hissi ilə müşayiət olunur. Lakin bu çətinlik inkişafın təbii mərhələsi kimi qəbul edilməlidir. Şagird bu prosesə daxili motivasiya ilə qoşulmalı, müəllim isə bu motivasiyanın formalaşmasında etibarlı istiqamətləndirici rolunu oynamalıdır.

Urbaninfo.az

Qarabağ Universitetində keçirilən I Təhsil Forumu tənqid olundu
Qarabağ Universitetində keçirilən I Təhsil Forumu ilə bağlı təhsil eksperti Etibar Əliyev tənqidi fikirlər səsləndirib. Urbaninfo.az xəbər verir ki, o, həm forumun ümumi gedişatını, həm də panel müzakirələrində iştirak edən bəzi şəxsləri sərt şəkildə qiymətləndirib.

Etibar Əliyev bildirib ki, Qarabağ Universiteti sürətlə inkişaf edən ali təhsil müəssisələri sırasında yer almalı və ölkənin Zəfərini təcəssüm etdirməlidir. Onun sözlərinə görə, universitetin inkişafına ziyalıların daha fəal töhfə verməsi vacibdir. Ekspert həmçinin universitet kitabxanasının formalaşdırılması prosesinə dəstək göstərməyə hazır olduğunu qeyd etsə də, bu təklifinə hələlik cavab almadığını vurğulayıb.

Forum barədə danışan Etibar Əliyev tədbirin onu məyus etdiyini deyib. O, panel müzakirələrində daha əvvəl də müxtəlif tədbirlərdə gördüyünü qeyd etdiyi bəzi təqaüdçü təhsil mütəxəssislərinin iştirakını tənqid edib.

Ekspert iddia edib ki, həmin şəxslərin Azərbaycan təhsil sisteminin inkişafına töhfəsi yetərli olmayıb. O, Bakı Avropa Liseyində müşahidələrinə əsaslanaraq Zülfiyyə Veysovanın kitabxana və STEAM kabinetlərinin qurulması istiqamətində effektiv nəticələr göstərmədiyini, Asif Cahangirovun isə təhsil mövzusundakı fikirlərinin auditoriya tərəfindən çətin anlaşıldığını bildirib.

Etibar Əliyev əlavə edib ki, bu şəxslərin uzun illərdir müxtəlif təhsil forumlarında və müzakirələrdə iştirak etdiyini müşahidə edir.

O, Qarabağ Universitetinin yeni təhsil ideyaları ilə inkişaf edə biləcəyini vurğulayaraq, universitet rəhbərliyinin mövcud şərtlər daxilində seçimlərinin olduğunu qeyd edib. Bununla belə, ekspert hesab edir ki, belə bir ali təhsil müəssisəsinin rəhbərliyində daha aydın və müstəqil mövqe vacibdir.

Qeyd edək ki, Qarabağ Universitetində keçirilən I Təhsil Forumu ölkədə ali təhsil mühitinin inkişafı və yeni təhsil yanaşmalarının müzakirəsi məqsədi daşıyıb.

Ağstafada məktəbli bıçaqlandı - YENİLƏNİB
Aprelin 21-də Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.

Urbaninfo.az xəbər verir ki, bu barədə APA-ya Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib.

Qeyd olunub ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb: "Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.

10:12

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Urbaninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb. Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bu gün imtahan var
Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək.

Dövlət İmtahan Mərkəzinə istinadla bu gün keçiriləcək imtahanların siyahısını təqdim edir.

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı;

7. Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan Muxtar Respublikasında keçiriləcək və saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 37 min 338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan MR-də 5336) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 90 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb

Təhsil ocaqlarında psixoloji dəstəyin gücləndirilməsi zəruridir
Elnurə Abuşova,
AUSD İB - Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri

Son günlər Türkiyədə təhsil müəssisələrində ard-arda baş verən silahlı hücumlar cəmiyyətin diqqətini yenidən məktəblərdə təhlükəsizlik və psixoloji mühit məsələlərinə yönəldib. Bu cür hadisələr təkcə fiziki təhlükəsizlik boşluqlarını deyil, həm də şagirdlərin psixoloji vəziyyətinə yetərincə diqqət ayrılmadığını açıq şəkildə göstərir. Eyni problem, müəyyən mənada, Azərbaycanda da müşahidə olunur.

Məktəblər yalnız bilik ötürən qurumlar deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı sosial mühitdir. Bu mühitdə psixoloji sağlamlıq əsas rol oynayır. Lakin reallıq ondan ibarətdir ki, bir çox təhsil ocaqlarında psixoloq ştatları ya kifayət qədər deyil, ya da mövcud mütəxəssislərin fəaliyyəti formal xarakter daşıyır. Aşağı əməkhaqqı, motivasiya çatışmazlığı və iş yükünün qeyri-adekvat bölüşdürülməsi psixoloqların effektiv fəaliyyətinə mane olan əsas amillərdəndir.

Motivasiyası olmayan və peşəkar dəstək almayan psixoloqdan yüksək nəticə gözləmək çətindir. Halbuki məktəb psixoloqları erkən müdaxilə baxımından ən operativ fiqurlardır. Onlar şagirdlərdə aqressiya, depressiya, sosial izolyasiya kimi riskli davranışları vaxtında aşkar edib qarşısını ala bilərlər. Bu isə potensial təhlükələrin önlənməsi üçün vacib şərtdir.

Problemin həlli üçün ilk növbədə təhsil müəssisələrində psixoloq ştatlarının artırılması zəruridir. Bununla yanaşı, onların əməkhaqqı artırılmalı, peşəkar inkişaf imkanları genişləndirilməli və fəaliyyətlərinə real nəzarət mexanizmləri tətbiq olunmalıdır. Hesabatlılıq sistemi formal deyil, keyfiyyət yönümlü olmalıdır.

Digər mühüm istiqamət isə vətəndaş cəmiyyəti institutlarının bu prosesə cəlb edilməsidir. QHT-lərin və sosial təşəbbüslərin məktəblərə çıxışı asanlaşdırılmalıdır. Bu qurumlar məktəb psixoloqları ilə əməkdaşlıq edərək problemli ailələr və risk qrupuna daxil olan uşaqlarla maarifləndirici tədbirlər, təlimlər və psixososial dəstək proqramları həyata keçirə bilərlər. Belə əməkdaşlıq həm məktəb daxilində, həm də məktəbdənkənar mühitdə davamlı təsir yarada bilər.

Təhsil ocaqlarında baş verən neqativ hadisələrin qarşısını almaq üçün kompleks yanaşma tələb olunur. Fiziki təhlükəsizlik tədbirləri ilə yanaşı, psixoloji dəstək sistemi gücləndirilməli, mütəxəssislərin rolu artırılmalı və cəmiyyətin bütün təbəqələri bu prosesə cəlb olunmalıdır. Yalnız bu halda məktəblər həqiqətən təhlükəsiz və sağlam inkişaf mühitinə çevrilə bilər.

26 milyonluq yeyinti edən İlhamə Abdullayeva kimlərə arxayındır?
Tikinti oliqarxı Xəlil Göyüşov haqqında son zamanlar mətbuatda müxtəlif məlumatlar yayılır. Bu da səbəbsiz deyil. Çünki Xəlil Göyüşov bir iş adamından daha çox mafioz kimi xatırlanır.

Təsadüfi deyil ki, onun qohum-əqrəbası müxtəlif sahələrdə yüksək postlar tutur.

Onlardan biri də Abşeron-Xızı regional tıhsil idarəsinin müdiri İlhamə Abdullayevadır. İlhamə Abdullayev Xəlil Göyüşovun bacısı qızıdır. Bu hələ heç nə ifadə eləmir. Əsas odur ki, bu oliqarx qohumu dövlətin milyonlarını rahatlıqla həzm-rabedən keçirir.

Mətbuatda yayılan məlumata görə Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib.

News365.az xəbər verir ki, bu barədə Maliyyə və Elm və Təhsil nazirlikləri birgə məlumat yayıb.

Məlumatda deyilir ki, bu yeyinti idarənin tabeliyində olan 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir.

Yeri gəlmişkən bir müddət əvvəl mətbuatda İlhamə Abdullayevanın övladına dəbdəbəli toy etməsini barədə yazı getmişdi. Həmin toy Bakının ən elit şadlıq saraylarından biri olan “Elite Event Hall”da baş tutmuşdu.

Hələ, idarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı da məlumatlar sırasında idi.

Bundan başqa, Xırdalan şəhəri “Kristal -1” yaşayış kompleksində İlhamə Abdullayevanın şəxsi gözəllik salonu fəaliyyət göstərir. Özünü bir neçə dəfə ora xidməti avtomibili ilə gəldiyini görənlər olub.
Bəs, İlhamə Abdullayevanın bu ərköyünlüyünü Elm və Təhsil Nazırliyi bu vaxta qədər niyə görmürdü?
Yoxsa, şöbə müdrəsinin arxasında duran “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun verdiyi “dıst-xoş”ları Nazirliyin gözlərini bağlaylrdı?

Sonda onu da qeyd edək ki, İlhamə Abdullayevanın qardaşı Qədim Göyüşovun da Abşeron-Xızı Regional Təhsil İdarəsində məsləhətçi işlədiyi bildirilir.

Mehdiabad məktəbində dərslər dayandı - Səbəb
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.

Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.

Belə ki, 1 aprel 2026-cı il tarixindən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.

Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, proses nəzarətdə saxlanılır. Görülən işlər barədə ictimaiyyətə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.

DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq - TARİX
DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.

İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.

BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb
Bakı Dövlət Universitetində (BDU) 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı hazırlanıb. BDU Elmi Şurasının 2026-cı ildə ilk iclasında Tədbirlər Planı müzakirə olunaraq qəbul edilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu qərar şəhərsalma və memarlıq sahəsində tarixi irsin qorunması, müasir yanaşmaların tətbiqi, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu il ölkəmiz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi mühüm beynəlxalq tədbirə də ev sahibliyi edəcək. Bütün bunlar BDU kollektivinin də qarşısına mühüm öhdəliklər qoyur.
“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Tədbirlər Planı çərçivəsində BDU-da beynəlxalq, ölkə əhəmiyyətli konfransların, dəyirmi masaların, seminar və təlimlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Planına BDU-nun fakültələrində, Qazax filialında, İqtisadiyyat və Humanitar Kollecdə, eləcə də “Gənc istedadlar” liseyində bu mövzuda tədbirlərin, dərslərin təşkili də daxildir. İl ərzində şəhərsalma və memarlıq sahəsinə dair elmi məqalələrin elmi və kütləvi jurnallarda dərc edilməsi, mövzu üzrə tədqiqatların aparılması və gənc nəslin bu sahədə bilik və bacarıqlarının artırılması nəzərdə tutulur. Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək fəaliyyətlər şəhərsalma və memarlıq sahəsində elmi-ictimai müzakirələrin genişləndirilməsinə xidmət edəcək.