Azərbaycanda Bilik Günüdür: 124 min şagird I sinfə qədəm qoyur
Sentyabrın 15-i Azərbaycanda Bilik Günü kimi qeyd olunur.
Yeni tədris ilinin ilk dərsləri “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr ediləcək.
Bu il 124 min şagird I sinifdə təhsilə başlayacaq. Ümumi təhsil müəssisələrində 1,6 milyon şagird təhsilini davam etdirəcək. Şagirdlərin təlim-tərbiyəsinə 121 642 müəllim cəlb olunub.
Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayır.
Yeni tədris ilində “Rəqəmsal məktəb” platformasının tətbiq dairəsi də genişlənib. Belə ki, platformadan 550-dən çox təhsil müəssisəsində istifadə olunur.
Həmçinin 850-dən çox təhsil müəssisəsi yenilənib, 15 yeni təhsil müəssisəsi istifadəyə verilib.
Sosial şəbəkələrdə paylaş