Müəllimlərin işə qəbulu: ümumi vakansiya seçiminin nəticələri açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin 12–15 avqust tarixlərində keçirilən ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər növbəti mərhələ olan müsahibədə iştirak etmək hüququ əldə ediblər.
Müsabiqədə uğur qazana bilməyən və ya vakansiya seçimində iştirak etməyən namizədlər üçün də imkan qalır. Belə namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Müsahibə mərhələsinin keçirilmə tarixi və digər məlumatlar əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Namizədlər nəticələrini şəxsi səhifələrinə daxil olaraq yoxlaya bilərlər.
Növbəti mərhələyə keçən bütün namizədlərə uğurlar arzulayırıq!
Sosial şəbəkələrdə paylaş
