İranda İsrail agenti edam edildi: MOSSAD-dan milyonluq vəd verilib

İranda Ali Ardestani adlı şəxs İsrail casusu kimi tanınıb və məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilərək edam olunub. Urbaninfo.az xəbər verir ki, bu barədə Mizan agentliyi bildirib.
Məlumata görə, Ardestani MOSSAD ilə əməkdaşlıq edərək İsrail kəşfiyyatına gizli məlumatlar ötürüb. Ödənişlər kriptovalyuta vasitəsilə rəqəmsal cüzdanına göndərilib. Araşdırma göstərib ki, o, İran daxilində İsrail xüsusi xidmət əməkdaşları ilə əlaqədə olub.
İddiaya görə, MOSSAD Ardestaninə milyon dollar və Britaniya vizası vədi vermişdi. Məhkəmə ittihamları əsaslı sayaraq sərt hökmü təsdiqləyib və edam icra olunub.
Sosial şəbəkələrdə paylaş