Ağ Ev: Trampın Rusiya və Çin liderləri ilə açıq və səmimi münasibətləri var

ABŞ Prezidenti Donald Trampın Rusiya və Çin liderləri – Vladimir Putin və Si Cinpin ilə açıq və səmimi münasibətləri mövcuddur. Urbaninfo.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi spikeri Kərrolayn Levitt məlumat verib.
Levitt bildirib: “Mən hesab edirəm ki, prezidentin həm Rusiya Prezidenti Putin, həm də Çin Xalq Respublikasının sədri Si Cinpin ilə çox açıq, səmimi və yaxşı münasibətləri var. Bildiyiniz kimi, o, vəzifəyə başladıqdan bəri onlarla bir neçə dəfə danışıb və düşünürəm ki, bu şəxsi münasibətlər davam edəcək.”
Spiker həmçinin ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyini açıqlayıb. Levittin sözlərinə görə, ada ABŞ üçün Arktika regionunda daha geniş nəzarət imkanı təmin etdiyi üçün əhəmiyyətlidir.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ Qrenlandiyanı Danimarkadan almağı planlaşdırır, lakin rəsmi Vaşinqton məsələnin hərbi yolla həllini istisna edir.