ABŞ Gürcüstan vətəndaşları üçün depozit tələbi tətbiq edir

ABŞ hökuməti Gürcüstan vətəndaşlarının ölkəyə turizm və ya işgüzar səfərləri üçün əlavə tələb tətbiq etməyə hazırlaşır.
Məlumata görə, yaxın vaxtlarda ABŞ-a giriş üçün Gürcüstan vətəndaşlarından depozit tələb olunacaq. Yeni qaydalar 2 aprel tarixindən qüvvəyə minəcək.
Yeniliyə əsasən, turist və ya biznes məqsədilə səfər edən şəxslər 5 min dollardan 15 min dollaradək məbləğdə depozit ödəməlidirlər.
Əgər səfər edən şəxslər vizanın şərtlərini pozmadan ölkəni vaxtında tərk edərlərsə, ödənilən məbləğ onlara geri qaytarılacaq. Əks halda isə həmin vəsait ABŞ dövlətinin büdcəsinə yönəldiləcək.
Qeyd olunur ki, bu qayda yalnız Gürcüstanla məhdudlaşmır — əsasən Afrika və Asiya ölkələrindən olan ümumilikdə 49 ölkənin vətəndaşlarına da şamil ediləcək. Yeni mexanizm qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində tətbiq olunur.