Tokayev növbəti prezident seçkilərinin vaxtını açıqladı

Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstanda növbəti prezident seçkiləri 2029-cu ildə keçiriləcək. Onun sözlərinə görə, bu tarix ölkənin Konstitusiyasına uyğun müəyyən edilib.
Tokayev bu açıqlamanı ölkədə yeni Konstitusiya ilə bağlı keçirilən referendum zamanı jurnalistlərlə söhbətində verib.
O qeyd edib ki, prezident seçkilərinin vaxtı qüvvədə olan əsas qanunda müəyyən olunub. Xatırladaq ki, hazırda Qazaxıstanda yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı səsvermə keçirilir.
Dövlət başçısı həmçinin bildirib ki, vitse-prezident vəzifəsinin yaradılması dövlət institutlarının möhkəmlənməsinə kömək edəcək.
“Prezident olaraq bu vəzifəyə, eləcə də ümumilikdə həyata keçirilən islahatlara böyük ümidlər bəsləyirəm”, — deyə Tokayev vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, hazırda ölkədə hakimiyyət daxilində rəqabətin artması ilə bağlı hər hansı mənfi tendensiyadan narahat olmaq üçün əsas yoxdur.
Urbaninfo.az