İran müharibəsinin 16-cı günü - 450-dən çox hücum, minlərlə ölü

ABŞ və İsrail ilə İran arasında davam edən müharibənin 16-cı günündə yüzlərlə hücum qeydə alınıb.
HRANA təşkilatının məlumatına görə, son 24 saat ərzində ölkənin 16 vilayətində 165 insident baş verib və ümumilikdə 454 hücum qeydə alınıb. Nəticədə ən azı 49 nəfər ölüb və yaralanıb.
Məlumata görə, bir günlük fasilədən sonra Tehran vilayəti yenidən hücumların ən çox baş verdiyi bölgə olub və bütün hücumların təxminən 48 faizini təşkil edib. Gün ərzində ən azı 11 mülki şəxs həlak olub, 22 nəfər isə yaralanıb.
Təşkilatın məlumatına görə, münaqişə 28 fevraldan bəri davam edir və bu müddətdə 1330 mülki şəxs (onlardan azı 206-sı uşaq), 1122 hərbçi həlak olub. Bundan əlavə, 613 nəfərin mülki və ya hərbçi olduğu dəqiqləşdirilməyib.
Urbaninfo.az
Sosial şəbəkələrdə paylaş