Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.
Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.