Trampa Sülh Mükafatının verilməsi rüsvayçılıq adlandırıldı
"Lion"un baş məşqçisi Paulu Fonseka "L'Équipe" nəşrinə verdiyi müsahibədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) ABŞ Prezidenti Donald Trampa Sülh Mükafatı vermək qərarını tənqid edib. Mükafat 2025-ci ilin noyabrında təsis edilib və Tramp onun ilk sahibi olub. «Bunu görəndə nə hiss etdiyimi bilirsinizmi? Utanc. Bu, çox kədərlidir. Futbol buna layiq deyil. Bu, rüsvayçılıqdır. Amerika prezidenti insanları düşünmür, onun bütün fikri ancaq puldadır», — deyə Fonseka bildirib. 5 dekabr 2025-ci ildə FİFA rəhbəri Canni İnfantino 2026-cı il Dünya Çempionatının püşkatma mərasimi zamanı Donald Trampa Sülh Mükafatını təqdim edib. ABŞ prezidentinə üzərində dörd əlin Yer kürəsini tutduğu heykəlcik verilib, həmçinin Amerika lideri medalla təltif olunub. 2026-cı il Dünya Çempionatı üç ölkədə — ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə 48 milli komanda iştirak edəcək. Mundial iyunun 11-də başlayacaq, final oyunu isə 19 iyul 2026-cı il tarixinə planlaşdırılıb.
Sosial şəbəkələrdə paylaş
