Türkiyə parlamentində deputatlar arasında dava düşüb

Ədliyyə nazirinin andiçmə mərasimi zamanı Türkiyə Parlamentində müxalifət deputatları hakim partiyadan olan deputatlarla dava ediblər, iclas dayandırılıb.
Parlamentdə yeni ədliyyə naziri Akın Gürlek and içəndə atışma başlayıb. Tribunanın kənarında müxalifət Xalq Cümhuriyyət Partiyasının (CHP) deputatlarının oturduğu yerdən kimsə Türkiyə konstitusiyasının broşürünü atıb.
"Bu andın şərtləri yerinə yetirilmədiyi üçün etibarsızdır... prokuror vəzifəsindən istefa vermədən and içmək mümkün deyil", - deyə partiyanın müavini Murat Emir bildirib.
Bundan sonra tribuna uğrunda mübarizə və hakim Ədalət və İnkişaf Partiyası ilə CHP-nin deputatları arasında dava başladı, ən azı bir deputatın burnundan qanaxma müşahidə edildi. İclasda fasilə elan edildi.
Sosial şəbəkələrdə paylaş