Yerevan və Tehran strateji əməkdaşlıq haqqında sənəd imzalayacaqlar
Ermənistan və İran hakimiyyəti Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalayacaqlar.
Ermənistan və İran arasında strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd bu il baş tutacaq Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı imzalanacaq. Bu açıqlamanı İranın Ermənistandakı səfiri Xəlil Şirqolami İslam İnqilabının qələbəsinin 47-ci ildönümünə həsr olunmuş qəbulda verib.
Diplomat vurğulayıb ki, Yerevan və Tehran əməliyyat yol xəritəsinə əsasən tərəfdaşlığı institusionallaşdırmağı və əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Bundan əlavə, Şirqolami regional kommunikasiyaların açılmasının və ölkələrin tranzit potensialının inkişafının böyük əhəmiyyətini qeyd edib. O, həmçinin Cənubi Qafqaz regionunda sabitliyin əsas şərtləri sülh və mehriban qonşuluq adlandırıb.
Sosial şəbəkələrdə paylaş
