Tokayevanın potensial varisi Qazaxıstan sərhədlərinin dəyişdirilməsindən danışdı
Karin: Qazaxıstanın yeni konstitusiyası sərhədlərin dəyişdirilməsini nəzərdə tutmur
Qazaxıstanın yeni konstitusiyasının layihəsində respublikanın sərhədlərinin dəyişdirilməsi nəzərdə tutulmayıb. TASS yazır ki, bu barədə ölkənin dövlət müşaviri Yerlan Karin bildirib.
"Ölkəmizin ərazi bütövlüyü heç vaxt pozulmayacaq və heç vaxt dəyişməyəcək", - deyə o vurğulayıb.
Karin Qazaxıstanın inzibati-ərazi bütövlüyünün dəyişdirilə biləcəyi barədə şayiələri "yalan məlumat" və "təmiz manipulyasiya" adlandırıb. O əlavə edib ki, respublikanın sərhədlərinin dəyişdirilməsinin mümkünsüzlüyü ölkənin əsas qanununun ikinci maddəsinin altıncı bəndində təsbit olunub. Onun sözlərinə görə, bu o deməkdir ki, bu məsələ hətta referendum çərçivəsində belə müzakirə edilə bilməz.
Xəbərlər əlavə olunur
Sosial şəbəkələrdə paylaş
