Tramp Epşteynin adasında olmadığını bəyan etdi
ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsindəki səhifəsində maliyyəçi Ceffri Epşteynlə dost olmadığını bəyan etdi.
Amerika liderinin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş maliyyəçinin işi ilə bağlı sənədlərə əsasən, Epşteyn və "yalançı alçaq" jurnalist Maykl Volf ona və ya prezidentliyinə zərər vermək üçün sui-qəsdə giriblər.
Tramp qeyd etdi ki, o, sol radikalların bir sıra nümayəndələrini məhkəməyə verməyi planlaşdırır.
ABŞ Prezidenti əlavə etdi ki, demək olar ki, bütün vicdansız demokratlardan və onların sponsorlarından fərqli olaraq, o, heç vaxt Epşteynin "yoluxmuş" adasında olmayıb.
30 yanvarda ABŞ Ədliyyə Nazirliyi pedofiliya, təcavüz və insan alverində ittiham olunan Ceffri Epşteynin işi ilə bağlı 3 milyon səhifədən çox materialın dərc olunduğunu elan etdi. Dərc olunmuş materiallara iki mindən çox video və 180 şəkil, o cümlədən maliyyəçinin cihazlarından çoxlu miqdarda pornoqrafiya daxil idi.
"The New York Times" (NYT) qəzeti sənədləri təhlil edərək, ABŞ prezidenti Donald Trampın 38 mindən çox dəfə xatırlandığı 5,3 min sənəd, eləcə də onunla əlaqəli şəxslər və terminlər aşkar edib. Həmçinin sənədlərdə Epsteinə qızlar təqdim edə biləcək Krasnodar model agentliyinin də adı çəkilib.
Sosial şəbəkələrdə paylaş
