Prezident: MDB Oyunları dostluq körpüsünə çevrildi
Yarışlar Azərbaycanın yeddi şəhərində keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Üçüncü MDB Oyunlarının ölkəmizdə uğurla təşkil olunmasını bütün Birlik üçün əlamətdar idman hadisəsi kimi qiymətləndirib.
Dövlət başçısı bu barədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı danışıb.
Prezidentin sözlərinə görə, yarışların coğrafiyası Azərbaycanın yeddi şəhərini əhatə edib. MDB üzvü olan və digər ölkələrdən gələn minlərlə idmançı və qonaq 11 gün ərzində Azərbaycanı yaxından tanımaq imkanı əldə edib.
İlham Əliyev qeyd edib ki, bu cür genişmiqyaslı təşəbbüslər yalnız idmanla məhdudlaşmır, həm də xalqlar arasında möhkəm dostluq əlaqələrinin qurulmasına xidmət edir.
Sosial şəbəkələrdə paylaş
