MDB-nin 35 yaşı tamam olur
İlham Əliyev Laçının bərpası və humanitar əməkdaşlıqdan danışıb
Bu il Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılmasının 35-ci ildönümünü qeyd edir.
Prezident İlham Əliyev bu barədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı danışıb.
O bildirib ki, MDB son illər ərzində siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi baxımından özünü zəruri platforma kimi doğruldub.
Dövlət başçısı humanitar əməkdaşlığın da MDB çərçivəsində əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
İlham Əliyev Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsinə dəstək verdiklərinə görə MDB dövlət başçılarına minnətdarlığını bildirib.
Prezident qeyd edib ki, ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər iştirakçılara bölgənin zəngin tarixi ilə yaxından tanış olmaq, eləcə də şəhərdə aparılan bərpa işlərinin miqyasını və sürətli dirçəlişi görmək imkanı yaradıb.
