Əliyev: Tramp sülh prosesində tarixi rol oynayıb
Azərbaycan və Ermənistan ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərib
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında tarixi rol oynayıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “X” hesabında paylaşım edib.
Prezident bildirib ki, Tramp 2025-ci il avqustun 8-də ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində iki ölkə arasında sülhün bərqərar olmasına mühüm töhfə verib.
İlham Əliyevin sözlərinə görə, sülh prosesinə verdiyi töhfələrə görə Azərbaycan və Ermənistan onun təşəbbüsü ilə Donald Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstəriblər.
Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Trampın regionda davamlı sülhün təmin olunması istiqamətindəki səyləri builki mükafatla bağlı qərarda layiqincə qiymətləndiriləcək.
