Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşüblər
TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi müzakirə olunub
Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan və Ermənistanın müvafiq qurumlarının nümayəndələri arasında TRIPP layihəsi ilə bağlı texniki görüş baş tutub.
Nazirlər Kabinetinin məlumatına görə, tərəflər elektrik xətlərinin çəkilişi üzrə texniki məsələləri müzakirə edib, layihənin müvafiq aspektləri barədə fikir mübadiləsi aparıblar.
Tərəflər arasında əlaqələndirmə və işlərin davam etdirilməsi üçün atılacaq növbəti addımlara da diqqət yetirilib.
Sosial şəbəkələrdə paylaş