DSK sədrinə yeni müavin təyin edildi
Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müavin təyin edilib.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, DSK sədrinin müavini vəzifəsinə Komitənin Aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev təyin olunub.
Qeyd edək ki, Səbuhi Əliyev 14 aprel 2026-cı ildə DSK sədrinin müşaviri, avqustun 24-də isə Komitənin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.
Sosial şəbəkələrdə paylaş
