Sadır Japarov İlham Əliyevi təbrik edib
Qırğızıstan Prezidenti Azərbaycanın 2027-ci il sədrliyini yüksək qiymətləndirib
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik edib.
Sadır Japarov Avazada keçirilən 8-ci Məşvərət Görüşünün açılışında Azərbaycanın sədrliyinin birgə fəaliyyətə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcəyini bildirib.
O qeyd edib ki, Qırğızıstan Azərbaycanın sədrliyinin prioritetlərinin uğurla həyata keçirilməsinə lazımi dəstəyi göstərməyə hazırdır.
Sosial şəbəkələrdə paylaş
