Azərbaycan və Mərkəzi Asiya liderləri sənədlər imzalayıb
Sənədlər Türkmənbaşı şəhərində imzalanıb
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü çərçivəsində sənədlərin imzalanması mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Prezidenti Emoməli Rəhmon Birgə Bəyanatı imzalayıblar.
Bununla yanaşı, dövlət başçıları Məşvərət görüşünün tənzimləyici sənədlərinə dair Qərara imza atıblar.
Sosial şəbəkələrdə paylaş
