Azərbaycan və Rusiya prezidentləri danışdı
İlham Əliyev Putini ad günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayıb.
Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf perspektivləri müzakirə edilib.
Sosial şəbəkələrdə paylaş
