Ceyhun Bayramov Avazaya yola düşüb
XİN rəhbəri bir sıra beynəlxalq və regional görüşlərdə iştirak edəcək
Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə gedib.
Nazirin səfər proqramına MDB Xarici İşlər Nazirləri Şurasının iclasında və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın xarici işlər nazirlərinin müşavirəsində iştirak və çıxışlar daxildir.
Səfər zamanı Ceyhun Bayramovun yüksəksəviyyəli görüşlər keçirməsi də planlaşdırılır.
Sosial şəbəkələrdə paylaş
