
Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif olunub.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, deputat Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.
Bu gün Jalə Əliyevanın 60 yaşı tamam olur.