Türk dünyasının birliyi gücümüzdür
Azərbaycan əməkdaşlığın genişləndirilməsini dəstəkləyir
Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsi və türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə sadiqdir.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə “X” sosial şəbəkəsində yayımladığı paylaşımda qeyd edilib.
Bildirilib ki, 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur. Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq tarix, dil və mədəni dəyərlər əsasında türk dövlətləri arasında həmrəyliyi və strateji tərəfdaşlığı təcəssüm etdirir.
XİN paylaşımında “Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!” mesajı da yer alıb.
Sosial şəbəkələrdə paylaş