İlham Əliyev: Gələn il maaş və pensiyalar artırılacaq
Gələn il Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq.
Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”, - dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, bu siyasət Azərbaycan xalqının rifahının ildən-ilə yaxşılaşdırılması məqsədilə müntəzəm həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş
