Azərbaycan müxtəlif enerji və neft-kimya məhsulları ixrac edir
Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında nadir enerji istehsalçılarından biri olduğunu bildirib.
Dövlət başçısı bu barədə YAP-ın VIII Qurultayında çıxışı zamanı danışıb.
O qeyd edib ki, Azərbaycan xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr istehsal və ixrac edir.