Prezident: Siyasətimizi ləyaqətlə aparırıq
Prezident İlham Əliyev Azərbaycanın heç vaxt digər ölkələrə qarşı iküzlü və riyakar siyasət yürütmədiyini deyib.
Dövlət başçısı bunu Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, Azərbaycan özü də dəfələrlə belə münasibətlərlə üzləşib və bu, hazırda da müşahidə olunur. O vurğulayıb ki, Azərbaycan heç vaxt qarşı tərəfin yolunu tutmayacaq.
“Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür”, – deyə dövlət başçısı bildirib.
Sosial şəbəkələrdə paylaş
