
Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm səylər göstərdiyini bildirib.
Dövlət başçısı bu barədə YAP-ın VIII Qurultayında çıxışı zamanı danışıb.
“Hamı yaxşı bilir ki, İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq”, - deyə Prezident qeyd edib.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanın tarixi və bu günü, siyasi addımları və imkanları buna şərait yaradır.