Prezident: “Biz siyasətimizi də ləyaqətlə aparırıq”
Prezident İlham Əliyev Azərbaycanın heç bir ölkəyə qarşı ikili münasibət göstərmədiyini və siyasətini ləyaqət prinsipləri əsasında apardığını bildirib.
Dövlət başçısı bu barədə YAP-ın VIII Qurultayında çıxışı zamanı danışıb.
“Biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq”, - İlham Əliyev deyib.
Prezident qeyd edib ki, enerji resursları ilə zəngin Azərbaycan bu gün ciddi geosiyasi və təhlükəsizlik faktorudur.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi olduğundan Azərbaycanın beynəlxalq proseslərdə rolu daha da artacaq.
Sosial şəbəkələrdə paylaş
