Prezident: YAP-ın yaradılması xalqın istəyindən irəli gəlirdi
İlham Əliyev Ulu Öndərin siyasi xəttinin dəyişməz qaldığını bildirib
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının xalqın tələbi olduğunu bildirib.
Dövlət başçısı bu barədə YAP-ın VIII Qurultayında çıxışı zamanı danışıb.
Prezident qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması da xalqın tələbi idi.
İlham Əliyevin sözlərinə görə, Heydər Əliyev həmin vaxt Azərbaycanda olsaydı, ölkədə baş verən ağır proseslərə, o cümlədən Qarabağda separatizm meyllərinin yaranmasına imkan verməzdi.
“Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı”, - Prezident deyib.
Dövlət başçısı vurğulayıb ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.
Onun sözlərinə görə, zaman keçdikcə taktiki və strateji məqsədlər müəyyən dərəcədə dəyişə bilər, lakin əsas xətt - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə prinsipləri dəyişmir.
