Prezident: YAP qurultayı ilk dəfə tam suveren Azərbaycan şəraitində keçirilir
İlham Əliyev: Qarabağ Zəfərindən sonra bölgədə yeni reallıqlar yaranıb
Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev VIII Qurultayda çıxışı zamanı partiyanın qurultayının ilk dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından sonra keçirildiyini deyib.
Prezident bildirib ki, VII Qurultay da ölkənin yeni siyasi reallıqlarının formalaşdığı dövrə təsadüf edib. Onun sözlərinə görə, həmin vaxt İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən cəmi bir neçə ay keçmişdi.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz gücü ilə işğala son qoymaqla yanaşı, regionda yeni reallıqlar yaradıb və həmin reallıqlar ötən müddətdə beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib.
Sosial şəbəkələrdə paylaş
