Prezident: YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir
İlham Əliyev partiya fəallarının xidmətlərini vurğulayıb
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu bildirib.
Dövlət başçısı bu barədə partiyanın VIII Qurultayında çıxışı zamanı danışıb.
İlham Əliyev YAP-ın 30 ildən artıqdır hakimiyyətdə olduğunu qeyd edərək, Azərbaycanın son illərdə əldə etdiyi uğurlarda partiya fəallarının mühüm rol oynadığını deyib.
Sosial şəbəkələrdə paylaş
