Azərbaycan XİN-dən Qvineyaya təbrik
Azərbaycan Xarici İşlər Nazirliyi Qvineya Respublikasının Milli Günü münasibətilə təbrik paylaşımı edib.
Nazirliyin “X” hesabında yayılan paylaşımda Qvineya xalqı və hökumətinə təbrik ünvanlanıb.
“Qvineya Respublikasının Milli Günü münasibətilə Qvineya xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”, – deyə qeyd olunub.
Sosial şəbəkələrdə paylaş
