Hikmət Hacıyev: Sülh üçün son addım Ermənistandan asılıdır
Azərbaycan Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini gözləyir.
Azərbaycan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaların dəyişdirilməsini gözləyir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA 2026 Regional Forumunda bildirib.
O qeyd edib ki, bundan sonra Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin reallaşması mümkün olacaq.
H.Hacıyev Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olduğunu, əsas məsələlərdən birinin isə bu sabitliyin davamlılığının təmin edilməsi olduğunu vurğulayıb.
O, həmçinin Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamaq istiqamətində fəal iş aparmağa çağırıb.
Sosial şəbəkələrdə paylaş
