Keçmiş deputatla bağlı yeni iddia
Qəzənfər Abdullayevin həbs olunacağı deyilir
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının keçmiş sədri və sabiq deputat Qəzənfər Abdullayev barədə yeni məlumat yayılıb.
Məlumata görə, Abdullayevin yaxın günlərdə həbs ediləcəyi iddia olunur.
Xatırladaq ki, oktyabrın 1-də onun deputat mandatına xitam verilib. Qəzənfər Abdullayev bundan əvvəl Həmkarlar İttifaqları Şurasının sədrliyindən də istefa edib.
Onun fəaliyyəti və əmlakları ilə bağlı mediada yayılan məlumatlardan sonra hüquq-mühafizə orqanlarının araşdırma apardığı və barəsində cinayət işi başlanmasının mümkün olduğu bildirilir.
İddialarla bağlı rəsmi açıqlama verilməyib.
Sosial şəbəkələrdə paylaş
