BMT-də Qərbi Azərbaycana qayıdış məsələsi gündəmə gəlib
BMT-nin Nyu-Yorkda keçirilən 81-ci sessiyasında qayıdış hüququ və dekolonizasiya məsələləri diqqət mərkəzində olub.
Real TV xəbər verir ki, sessiyada qlobal sülh, davamlı inkişaf və iqlim dəyişiklikləri ilə yanaşı, siyasi məsələlər də müzakirə edilib.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan görüşlərdə dekolonizasiya problemləri müzakirə olunub. Azərbaycanlıların Qərbi Azərbaycan ərazilərinə təhlükəsiz və ləyaqətli qayıdış hüququna xüsusi diqqət çəkilib.
Diaspor nümayəndələri və beynəlxalq iştirakçılar qayıdış prosesinin ədalətli həlli üçün beynəlxalq təşkilatların, o cümlədən BMT-nin dəstəyinin əhəmiyyətini vurğulayıblar.
Sosial şəbəkələrdə paylaş


