Deputat İlqar Hacıyev barədə danışdı
Siyavuş Novruzov onun ABŞ-də yaşadığını bildirib
Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov İlqar Hacıyev haqqında danışıb.
S.Novruzov İ.Hacıyevin Kaliforniyada yaşadığını və Azərbaycan əleyhinə fikirlər səsləndirdiyini bildirib.
“Vaxtilə “Akkord”u dağıdıb, oradan pul oğurlayıb vergidən yayınan İlqar Hacıyev var. Erməni kilsəsində oturub moizə oxuyur”, – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, vergidən yayınmaqla bağlı məsuliyyət məsələsinə hüquqi qiymət verilməlidir.
“Belələri Azərbaycana gətirilməlidir. Onlar hüququn, qanunun aliliyi ilə öz cəzalarına çatmalıdır ki, başqalarına nümunə olsun. Başqaları da öz vətənini 5 manata, yaxud İspaniyada bir istirahətə satmasın”, – S.Novruzov deyib.
Sosial şəbəkələrdə paylaş
