Prezident İlham Əliyev “ADEX 2026” sərgisində olub
Mehriban Əliyeva da sərgidə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində təşkil olunan “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət ediblər.
Dövlət başçısı və birinci xanım, həmçinin “Securex Caspian 2026” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sosial şəbəkələrdə paylaş
