Milli Məclisdə ombudsmanla bağlı qanun layihəsi təsdiqləndi
Konstitusiya qanununda dəyişiklik nəzərdə tutan sənəd ikinci səsvermədən keçib. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi ilə bağlı layihəyə baxılıb.
Layihə ikinci səsvermədə deputatların səsverməsinə çıxarılıb və qəbul olunub.
Xatırladaq ki, Konstitusiya qanunlarının qəbulu üçün parlamentdə iki səsvermə mərhələsi nəzərdə tutulur. İkinci səsvermə ilkin səsvermədən 6 ay sonra keçirilir və sənədin qəbul edilməsi üçün 95 deputatın səsi tələb olunur.
Qəbul edilən sənəd növbəti mərhələdə imzalanmaq üçün dövlət başçısına göndərilir.
Sosial şəbəkələrdə paylaş
