Azərbaycanlılar da deportasiya edildi
Gürcüstanın Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiyaya qarşı tədbirlər çərçivəsində yeni deportasiyalar həyata keçirib.
Nazirliyin Miqrasiya İdarəsinin keçirdiyi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşları da daxil olmaqla 84 əcnəbi ölkə ərazisindən çıxarılıb.
Məlumata görə, deportasiya olunan şəxslər müxtəlif ölkələrin – Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tailand, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin və Çinin vətəndaşlarıdır.
Gürcüstan qanunvericiliyinə uyğun olaraq, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulub.
DİN bildirib ki, qeyri-qanuni miqrasiya ilə mübarizə davam etdirilir. Təkcə bu il ərzində 3 mindən artıq əcnəbi ölkədən deportasiya olunub.
Sosial şəbəkələrdə paylaş
