Azərbaycanda iki dünya çempionatına hazırlıq
Azərbaycanda U-15 və U-20 dünya çempionatlarının keçirilməsinə hazırlıq işləri yüksək səviyyədə aparılır.
Prezident İlham Əliyev bunu sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edərkən deyib.
O bildirib ki, gələn ay Azərbaycanda ilk dəfə FIFA U-15 dünya çempionatı və festivalı keçiriləcək. 2027-ci ildə isə ölkəmizdə FIFA U-20 Dünya Çempionatının təşkili planlaşdırılır.
Dövlət başçısı qeyd edib ki, bu tədbirlər regionda futbolun inkişafına töhfə verə bilər.
Sosial şəbəkələrdə paylaş
