Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini oldu
Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.
Bununla bağlı müvafiq sərəncam imzalanıb.
Digər sərəncamla B.İsmayılov Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini vəzifəsindən azad olunub.
Bəxtiyar İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. Müxtəlif illərdə Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.
O, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2010-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Sosial şəbəkələrdə paylaş
