Nihad Şıxəliyevə ali rütbə verildi
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
N.Şıxəliyev 2025-ci ilin iyulundan Hərbi prokurorun müavini vəzifəsində çalışır. O, daha əvvəl Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.
Baş prokuror Kamran Əliyev rütbəni prokurorluq orqanlarının yaradılması günü münasibətilə keçirilən tədbirdə Nihad Şıxəliyevə təqdim edib.
Sosial şəbəkələrdə paylaş
