Prokurorluğun 22 əməkdaşı təltif olunub
Onlardan 4 nəfər “Tərəqqi” medalı alıb
Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları təltif ediliblər.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, xidməti vəzifələrinin icrası zamanı fərqlənən əməkdaşlara medallar təqdim olunub.
4 əməkdaş “Tərəqqi” medalı, 18 əməkdaş isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib.
“Tərəqqi” medalı ilə Mahir Abbasov, Vüsal Əliyev, Orxan İsayev və Teymur Qarayev təltif olunublar.
“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə isə Cabir Abbasov, Vüsal Abdullayev, Taleh Bağırov, Nəsir Bayramov, Rəcəb Əhməd, Şahin Əsədov, Saleh Hacıyev, Cavid İmanlı, Əsgər İsgəndərov, Sahib İsmayılov, Şöhrət Qəhrəmanov, Samirə Nəcəfzadə, Aynur Osmanova, Tuqay Rəhimli, Zöhrab Səməndov, Atəş Şahverdiyev, Fuad Tofiqi və Rövşən Yusifov təltif ediliblər.
