Prokurorluqda yeni ali rütbələr
Azərbaycan Respublikası Prokurorluğunun bir sıra əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib.
Bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamda bildirilib.
Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri, Emin Mürsəliyev və Asəf Sarıkişiyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri verilib.
Hərbi prokurorun müavini Nihad Şıxəliyev isə “ədliyyə general-mayoru” ali hərbi rütbəsinə layiq görülüb.
Sosial şəbəkələrdə paylaş
