SOCAR İtaliyada yanacağa qiymət həddi qoyur
Qərar “Italiana Petroli” şəbəkəsində mərhələli tətbiq ediləcək
SOCAR-ın İtaliyadakı törəmə şirkəti “Italiana Petroli” (IP) benzin və dizel yanacağının qiymətlərinin məhdudlaşdırılması qərarı qəbul edib.
“Report” xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni deyib.
Onun sözlərinə görə, “Eni”dən sonra IP-nin də yanacaq qiymətlərinə hədd müəyyənləşdirməsi İtaliyada ailələrin yanacaq xərclərinin azaldılmasına xidmət edəcək.
Meloni Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə bu təşəbbüsə görə təşəkkürünü bildirib.
SOCAR daha əvvəl IP-nin paylama şəbəkəsində benzin və dizel yanacağının qiymətlərini məhdudlaşdırmağa hazır olduğunu açıqlamışdı.
Şirkətin məlumatına görə, qiymət həddi təchizat zəncirinin davamlılığı nəzərə alınmaqla müəyyən ediləcək. Məhdudiyyətlərin mərhələli şəkildə tətbiqi planlaşdırılır.
