Azərbaycan elektrik enerjisi ixracını artıracaq
İlham Əliyev Avropa bazarını əsas istiqamətlərdən biri kimi göstərib
Prezident İlham Əliyev Azərbaycanın elektrik enerjisinin böyük ixracatçısına çevrilmək niyyətində olduğunu açıqlayıb.
“Biz çox etibarlı elektrik enerjisi təchizatçısı olmaq istəyirik”, - deyə dövlət başçısı II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.
Prezident qeyd edib ki, Azərbaycan müxtəlif enerji və neft-kimya məhsulları ilə yanaşı, gübrə də ixrac edir. Onun sözlərinə görə, ölkə elektrik enerjisinin də, xüsusilə Avropa bazarına, böyük həcmdə ixracına nail olmaq istəyir.
Sosial şəbəkələrdə paylaş
